Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:25

Mahmud Məmmədquliyev: “Avropaya vizasız getmək...


Foto arxiv

Brüssellə Bakı arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələri əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqların növbəti mərhələsi başlanılıb.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev yeni başlanan danışıqlarla bağlı qarşıda görüləcək, hələ çox işlərin olduğunu söyləyib. O, Avropa Birliyi (AB)ölkələri ilə vizasız səfər məsələsinə də toxunub.

APA-nın xəbərinə görə, Mahmud Məmmədquliyev hesab edir ki, Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsindən ötrü viza məsələləri bir qədər yüngülləşdirilib:

“Həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq. Hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun”.

Readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarınınqaytarılmasını nəzərdə tutur.

Ancaq Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, nazir müavini hazırda bu barədə danışmağın bir qədər tez olduğunu deyib.

Xatırlatma

Bu il martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb.

Mayın 11-də Avropa Birliyi Şurası Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG