Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:56

‘Postsovet Azərbaycanında puç edilmiş demokratiya’


Audrey Altstadt, Massaçusets Universiteti.

Ünlü Amerikalı tarixçi Odri Altştadın (Audrey Altstadt) mayın 18-də Vaşinqtonda təqdimatı keçirilən yeni kitabı belə adlanır.

Müəllif kitabında qərb demokratiya modelini qəbul etdiyini elan edən, daha sonra isə korrupsiyaya uğramış avtoritarizmə gəlib çıxan yeni müstəqil və neftlə zəngin keçmiş sovet respublikasında gedən prosesləri dəyərləndirir.

Araşdırma Azərbaycan milliyyətçiliyini formalaşdıran və demokratik hərəkatın inkişafına zəmin hazırlayan Qarabağ müharibəsindən başlayır (1988-1994-cü illər).

Buna da bax:​ Vaşinqtonda müzakirə - “Azərbaycanda demokratiyanın alternativi radikal islamdır”

Müəllif yazır ki, ilkin uğurlu hökumət tezliklə çevriliş nəticəsində devrilib. Hakimiyyəti və neft pullarına nəzarəti əldə saxlamaqdan ötrü mövcud üsul idarə repressiyalara sövq edir.

Dünyəviləşmə sahəsində ölkənin qədim ənənələri olmasına baxmayaraq, boğulmuş demokratik müxalifətdən ümidini kəsənlərdən ötrü Qərbin hakimiyyəti tənqid etməməsi şəraitində siyasi islam cəlbedici alternativə çevrilib.

Müəllif öz kitabında Azərbaycan mətbuatında senzuraya nümunələr göstərir, ekspertlərin, yerli və beynəlxalq təşkilatların araşdırmalarından istifadə edir. Habelə, diplomat və biznesmenlərlə müsahibə dərc edir.

Buna da bax:​ David McAllister: 'Demokratiya dəyərlərini qorumalıyıq'

Kitab onun əvvəlki "Azərbaycan türkləri: Sovet Azərbaycanında rus qaydalarına uyğun hakimiyyət və kimlik", 1920-1940-cı illər adlı əsərlərinə əhəmiyyətli əlavədir.

Odri L.Altştadt Massaçusets Universitetində çalışır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG