Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Trumpın kürəkəni ilə bağlı yeni iddia


Jared Kushner, 20 May, 2017

ABŞ prezidenti Donald Trump-ın kürəkəni Trump-ın komandasıyla Kreml arasında gizli kommunikasiya kanalı yaratmağı təklif edibmiş. Medianın mayın 26-da yazdığına görə, Jared Kushner bu təklifi ötən ilki prezident seçkisindən sonra Rusiya səfiri Sergei Kislyak-la görüşündə edib.

Səfirin Moskvadakı boslarına söyləyib ki, Kushner dekabrın 1-2-də Nyu Yorkdakı Trump Tower-də görüşdə belə bir təklif irəli sürüb.

Buna da bax:​ FTB Trump-ın kürəkəninin Rusiya əlaqələrini araşdırır

"Washington Post" qəzetinin yazdığına görə, Trump-ın qızı Ivanka-nın əri, hazırda Ağ evdə müşavir kimi çalışan Kushner təklif edib ki, kommunikasiyalarda Birləşmiş Ştatlardakı Rusiya diplomatik vasitələrindən istifadə olunsun.

Həmin görüşə sonradan Trump-ın birinci milli təhlükəsizlik müşavir olmuş Michael Flynn-in də qatıldığı bildirilir.

“Reuters”in yazdığına görə, Kushner, Kislyak və Flynn Trump-la Rusiya prezidenti Vladimir Putin arasında qeyri-rəsmi kommunikasiya kanalı yaradılmasını müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG