Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:58

Nazir BMT Baş katibi ilə görüşüb


E.Məmmədyarov

ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi António Guterres-lə görüşüb.

Xəbəri bu gün, mayın 25-i Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üzrə təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.

Görüşdə Qarabağ münaqişəsinə də toxunulub. E.Məmmədyarov Qarabağ münaqişəsini Cənubi Qafqaza əsas təhlükə adlandırıb.

«Münaqişənin həlli üçün baza sənədləri məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrdir. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsi təəssüf doğurur»,-deyə nazir bildirib.

BMT Təhlükəsizlik Şurası 1993-ci ildə Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə işğal edilən ərazilərin boşaldılması istənilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

E.Məmmədyarov Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə ABŞ-a gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG