Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:56

Rəsmilər Şoppinq Festivaldan razıdır, amma...


Şoppinq Festival

“Bakida keçirilən Şoppinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu”.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şoppinq Festivalının nəticələri ilə bağlı tədbirdə söyləyib.

Nazirin deməsinə görə, 23 min 242 hesab-faktura verilib. Bakı Şoppinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub. Alıcılara 1,8 mln manat ƏDV qaytarılıb.

Buna da bax:​ Şoppinq festivalın nəticələri nə oldu?

Nazir deyib ki, 2017-ci ilin aprelində ötən ilin eyni dövrünə nisbətən turist sayı 23 faiz artıb. May ayında da turist artımı davam edib .

Nazir vurğulayıb ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon manat vəsaitin daxil olmasına nail olunacaq. Yəni, ikinci festivaldan gəlir 35-45 mln manat olacaq.

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, 3 min əcnəbiyə ƏDV qaytarılıb.

Bəzi ekspertlər isə düşünür ki, festivalın nəticələri şişirdilib.

Buna da bax: «Tax free» hava limanından başlanacaq

Amma...

Prezident İlham Əliyev 2016-cı ildə “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdı ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda Şoppinq Festival təşkil etsin.

Həmin sərəncama əsasən, aprelin 10-dan mayın 10-dək Bakıda ilk Şoppinq Festival keçirilib.

Buna da bax:​ Şopinq Festivalında alış-veriş edənlərin çoxu yerlilərdir

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev vurğulamışdı ki, Azərbaycan iki Şopping Festivalın təşkilinə 1,5 milyon manat xərcləməyi nəzərdə tutur. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG