Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:19

Şopinq Festivalında alış-veriş edənlərin çoxu yerlilərdir


Şopinq
Şopinq

Bakı Şopinq Festivalının ilk 10 günü ərzində vergi orqanlarının əməkdaşları tərəfindən 400-dən çox hesab-faktura yazılıb.

Bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, bu günlər ərzində qaytarılan ƏDV-nin məbləği 300 min manatı keçib.

Nazir müavini qeyd edib ki, «Tax free» xidmətlərindən istifadə edənlərin 95 faizi Azərbaycan vətəndaşları olub.

Bu açıqlamaya iqtisadçı Natiq Cəfərli də münasibət bildirib.

«Bəs deyirdilər, bu tədbir daha çox turist cəlb etmək üçündür? Bəs iddia edirdilər ki, festival ölkəyə valyuta gətirəcək? «Tax Free»ni öz vətəndaşına qaytaran zehniyyət bu ölkədə heç bir islahat edə bilməz. Bizim üçündürsə 1 aylıq ümumən Əlavə Dəyər Vergisi (ƏDV) ləğv edilsin, ticarət canlansın, olsun-bitsin, kağız-kuğuz işi də baş ağrıtmasın».

İqtisadçı «Bəyin oğurlanması» filmində «Monqolustandan gələn turistlər Monqolustan kürkünü buradan niyə alır» sualını yada salaraq, bunları əlavə edib: «Bunlar elə bilirdilər ki, Monqolustandan gələn turistlər Monqolustan kürkünü gəlib burdan alıb-aparacaqlar...».

Bu il aprelin 19-da Bakıda Şopinq Festival başlayıb. Festival 1 ay davam edəcək. Festival çərçivəsində hər hansı mal alan şəxsə həmin malın Əlavə Dəyər Vergisi geri qaytarılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG