Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:41

Azərbaycan XİN Mançester partlayışını araşdırır


Mançesterdə terror

«Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını yerli orqanlar vasitəsilə araşdırır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev hər hansı xəbər olduğu təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.

Mayın 22-si gecə saatlarında İngiltərənin Mançester şəhərində konsert zamanı partlayış baş verib. 22 nəfər ölüb, 50-ə qədər insan yaralanıb. İnsident «Manchester-Arena»da baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG