Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Mançesterdə partlayışda azı 22 nəfər həlak olub (Video)


Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb

Polis Mançesterdəki hücumda azı 22 nəfərin öldüyünü bildirir, onların içində uşaqlar da var. 59 nəfərsə yaralanıb.

Şahidlər mayın 22-də, axşam GMT vaxtıyla 21:35-də böyük partlayış səsi eşitdiklərini bildirirlər. Bu zaman ABŞ-dan olan pop-müğənni Ariana Grande-nın konsertinə gələnlər «Manchester Arena»dan çıxmağa hazılaşırdılar.

Britaniya polisi hücumu konsertdən sonra bir nəfərin törətdiyini bildirir.

HÜCUMU BİR NƏFƏR TÖRƏDİB

«Hazırda inandığımız versiya budur ki, ötən gecəki hücumu bir nəfər törədib», – Mançesterin polis rəisi Ian Hopkins deyib.

«Hücum edənin arenada öldüyünü təsdiqləyirəm. Fikrimizcə, o, hücumu əldəqayırma partlayıcı cihazla törədib. İndi əsas işimiz onun təkbaşına, yaxud şəbəkənin bir hissəsi olaraq hərəkət etdiyini müəyyənləşdirməkdir», – o, sözlərinə əlavə edib.

İnsidentdən sonra Britaniya siyasi partiyaları seçki kampaniyasını ertələməyə razılaşıblar.

Manchester Arena
Manchester Arena

Müxalifətdə olan Leyboristlər Partiyasının lideri Jeremy Corbyn bəyanatında bildirib ki, baş nazir Theresa May-lə danışıb, 8 iyun parlament seçkiləri qabağı bütün kampaniya tədbirləri dayandırılıb.

T.May daha öncə bildirib ki, İngiltərənin şimalındakı partlayışı terror hücumu hesab edirlər.

«Polisin dəhşətli terror hücumu hesab etdiyi hadisənin bütün ayrıntıları üzərində işləyirik», –May bəyanatında deyib.

Mayın 23-də Britaniya hökuməti fövqəladə iclas keçirir.

BBC yüksəkrütbəli antiterror rəsmilərinin Londona toplaşdığını bildirir.

«HƏR ŞEY YERDƏ İDİ»

Şimal Qərb Regional Təcili Yardım Xidməti partlayışdan xəsarət almış 59 nəfəri xəstəxanalara çatdırdığını bildirir. Yüngül yaralanmış bir neçə nəfər də müayinə olunub.

23 yaşlı pop-müğənni Grande hadisədən sonra Twitter-də yazıb:

«Sarsılmışam. Qəlbimin dərinliklərini kədər bürüyüb. Deməyə söz tapmıram».

Polis adamları ərazidən uzaq durmağa çağırıb, orada işin davam etdiyini bildirib.

«Sky News» və Twitter-də yayılan videolarda partlayışdan sonra tamaşaçıların arenada qışqırdığını, qaçdığını göstərir.

22 yaşlı Robert Tempkin BBC-yə deyib ki, «hamı qışqırır və qaçırdı. Adamların üst geyimləri, telefonları yerdə idi. Hər şeyi yerə salırdılar».

Ölənlərin və yaralıların çoxunun gənclər və uşaqlar olduğu bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG