Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:20

Mayın 22-si bəzi küçələr bağlanacaq


Yollar bağlananda (arxiv fotosu)

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakının bəzi yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi açıqlama yayıb.

Açıqlamaya görə, mayın 22-də Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospekti "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər günorta saatlarından sonra nəqliyyata bağlanacaq.

Buna da bax:​ Azərbaycan qızıl medal sayında liderdir

IV İslam Həmrəylik Oyunlarının rəsmi açılışı mayın 12-də olub. Onda da paytaxtın bəzi mərkəzi küçələri nəqliyyata bağlanmışdı.

Bu idman yarışları ilə bağlı Azərbaycana 54 islam ölkəsindən 3 mindən yuxarı idmançı gəlib. Yarışlar idmanın 21 növü üzrə keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG