Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:56

Azərbaycan qızıl medal sayında liderdir


Suyatullanma yarışlarında Azərbaycan idmançısı qızıl medal qazanıb. 19may2017

Mayın 19-da Azərbaycan atletləri IV İslam Həmrəyliyi Oyunlarında qızıl medalların sayını 62-yə çatdıraraq bu əyar üzrə medal sıralamasına liderlik edən Türkiyəni qabaqlayıblar.

Hazırda Azərbaycanın 123 medalı var.

Onlardan 35-i gümüş, 26-sı isə bürünc medaldır.

Buna da bax:​ Türkiyə liderliyini möhkəmlədib

Ümumi medal sıralamasında Türkiyə hamıdan çox paya sahibdir. Onların hesabında 160 medal var. Türkiyə atletləri bu gün, mayın 19-u axşam saatlarına kimi 61 qızıl, 54 gümüş, 45 bürünc medal qazanıblar.

Yarışların üçüncüsü əvvəlki günlərdə olduğu kimi İrandır. Onların hesabında ümumilikdə 70 medal var. Həmin medalların 19-u qızıldır.

Dördüncü sıradakı Özbəkistanın 56, beşinci sıradakı Əlcəzairin isə 36 medal var.

Buna da bax:​ İlk qızıl medalın sahibi bəlli olub.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG