Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:54

Bakıda Qida Sərgisi açılıb


22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi. 17may2017

Bu gün, mayın 17-si Bakıda 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayes sərgisinin (WorldFood Azerbaijan 2017) açılışı olub.

Sərgi Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilir.

Sərgiyə 28 ölkəsini təmsil edən 331 şirkət qatılıb. Onların 70 faizi xarici, 30 faizi isə yerli iştirakçılardır.

Buna da bax:​ 'Reinkarnasiya – ruhun yenidən qayıdışı' sərgisi açılacaq

Əvvəlki sərgilərdən fərqli olaraq tədbirə bu dəfə Meksika şirkətləri də qoşulub. Tədbirdə Macarıstan, Şri-Lanka, Belarus, Rusiya və Polşa milli stendlərlə çıxış edib.

“WorldFood Azerbaijan 2017”nin iştirakçıları qida sənayesindən ötrü avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal, quş əti, qəhvə, çay, konservləşdirilmiş məhsullar və süd məmulatları üzrə öz məhsullarını təklif edirlər.

Buna da bax: Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi təkcə dövlət büdcəsi deyil

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da Qida Sənayesi Sərgisinə qatılıb. Kənd təsərrüfatı naziri Heydər Əsədov onlara sərgi ilə bağlı bilgi verib.

Sərgi mayın 19-na kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG