Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:28

'Reinkarnasiya – ruhun yenidən qayıdışı' sərgisi açılacaq


Sərgi
Sərgi

Mayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində «Reinkarnasiya – tarixi eksponatlar» sərgisi açılacaq.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi ilk mərhələsi Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən «Reinkarnasiya» adlı layihənin davamıdır.

Layihənin məqsədi ölkə rəssamlarının öz mədəniyyətləri və tarixlərini necə gördüyünü nümayiş etdirməkdir.

Muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada göstərilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlərlə yenidən həyat veriblər.

Elə bu üzdən sərgi»Reinkarnasiya (ruhun yenidən qayıdışı) – tarixi eksponatlar» adlanır.

Sərgidə Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov və Fərid Mirzəyevin işləri nümayiş olunacaq. Onlar Muzeyin 20 tarixi eksponatı əsasında yaratdıqları 27 sənət əsərini yeni interpretasiyada, müasir baxış kontekstində təqdim edəcəklər.

Açılış mayın 15-də saat 16-00-da, Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında olacaq.

İyunun 2-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG