Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:03

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə hospitala köçürülüb.

Bu haqda gənc fəalın bacısı Türkan Rüstəmzadə xəbər verib. O, dünən, mayın 15-də həbsdəki qardaşı ilə telefonla danışıb.

«Nəhayət ki, İlkin Rüstəmzadə Penitensiar Xidmətin hospitalına köçürülüb», - deyə bacısı bildirib.

Hələ ki, İ.Rüstəmzadənin durumu, alacağı müalicələr barədə ailəsində bilgi yoxdur.

Bir neçə gün əvvəl İ.Rüstəmzadənin yaxınları cəzaçəkmə müəssisəsinin həkimi təqdimat versə də, Penitensiar Xidmətin (PX) gənc fəalın xəstəxanaya yerləşdirilməsinə icazə vermədiyini açıqlamışdılar. PX gənc fəalın xəstəxanaya yerləşdirilməsini əməliyyat şəraiti baxımından məqsədəuyğun saymamışdı.

İ.Rüstəmzadə mart ayında kəskin ağrılarının olması barədə açıqlama vermişdi.

Həkimlər onun mədə xorasından və nevrozdan əziyyət çəkdiyini bildirmişdilər.

XATIRLATMA

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar.

Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG