Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:47

İlqar Məmmədov: ‘Avropa Xalq Partiyası adını təmiz saxlasın’


İlqar Məmmədov

“Hakimiyyət mənim həbsdən azad edilməyimin əvəzində Yeni Azərbaycan Partiyasının (YAP) Avropa Xalq Partiyasına (AXP) üzv olmasını şərt qoyur”.

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov belə yazıb. Onun bu fikirlərini hərəkatın internet saytı yayıb.

Buna da bax:​ Azərbaycanda qanunlar niyə tez-tez dəyişir?

İlqar Məmmədov avropalıları buna razılıq verməməyə səsləyib. O, qeyd edib ki, YAP uzun müddətdir ki, 41 ölkədən 79 sağ-mərkəzçi partiyanı özündə birləşdirən, Avropa miqyasında ən böyük və nüfuzlu qurum olan Avropa Xalq Partiyasına üzv olmağa çalışır.

“Əgər YAP AXP-yə üzv qəbul olunarsa, bizim sülalə hakimiyyəti Avropa Şurasına layiq olmadığı üzvlükdən daha böyük ölçüdə faydalar əldə edəcək. Bir neçə AXP üzvündən öyrənmişəm ki, Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsinə bu günə qədər məhəl qoymayan hakimiyyət mənim azad olunmağım şərti ilə bəlkə də bu quruma qəbul edilə bilər”.

İlqar Məmmədov AXP-ni diqqətli olmağa dəvət edib.

Buna da bax: AŞPA-da İlqar Məmmədov müzakirələri

“Mən məsləhət görürəm ki, AXP öz adını təmiz saxlasın. Bazarlıq ədalətli deyil. Hökumət qeyri-qanuni həbs olunmuş prezidentliyə namizəd və ya digər siyasi məhbusların azad olunması hesabına özü üçün fayda əldə etməməlidir", - İ.Məmmədov vurğulayıb.

Həbsdəki siyasi liderin bu fikirlərinə, hələlik, hakimi partiyadan və rəsmilərdən heç kim münasibət bildirməyib.

XATIRLATMA

ReAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ İlqar Məmmədovun oxuduğu universitetin başı dərddə

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Buna da bax: Vəkil: 'İ.Məmmədovu xarici həkimlərin müalicə etməsini istəyirik'

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Nazirlər Komitəsi bir neçə dəfə bu məsələni gündəmə daşıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG