Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 13:11

Almaniya kansleri Angela Merkel-in mühafizəkar partiyası əsas əyalətlərin birində səslərin çoxunu qazanıb. Kanslerin sol-mərkəzçilər üzərində qələbəsi sentyabrda olacaq parlament seçkiləri qabağı ölkədəki siyasi əhvalı göstərir.

Mayın 15-də açıqlanmış ilkin nəticələrə görə, Xristian Demokrat Birliyi (CDU) Şimali Reyn-Vestfaliya federal əyalətində səslərin 33 faizini qazanıb. Bu əyalət əhalinin ən sıx yaşadığı bölgədir, ölkə əhalisinin 20 faizə qədəri burada yaşayır.

Sosial Demokrat Partiyası (SPD) isə 31.2 faizlə geri qalır. 2012-ci ilin seçkisində SPD səslərin 39.1 faizini toplamışdı.

Azad Demokratik Partiya (FDP) səslərin 12.6, sağçı radikal «Almaniya üçün Alternativ» (AfD) 7.4 faiz, Yaşıllar 6.4 faiz səs toplaya bilib.

SPD rəhbəri Martin Schulz 24 sentyabr seçkisində Merkel-in əsas rəqibidir.

Schulz partiyasının məğlubiyyətini qəbul etsə də, sentyabr seçkilərində mübarizə aparacağını söyləyib. İkinci Dünya müharibəsindən bu əyaləti daha çox SPD idarə edib.

Mayın 7-də Şlezviq-Holşteyn əyalətində də CDU qalib gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG