Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:53

Prezident İlham Əliyev mayın 12-də Dövlət Neft Fondu vəsaitlərinin 2017-ci ildəki əsas xərc istiqamətləri və investisiya siyasəti ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət büdcəsinə transfertlər və makroiqtisadi sabitliyin təmin edilməsindən ötrü Mərkəzi Banka transfertlər əsas xərc istiqaməti olacaq.

Buna da bax:​ Neft pullarının xərcləndiyi yerlər

Neft Fondunun vəsaitləri həmçinin Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, Cənub Qaz Dəhlizi layihələrinin maliyyələşməsinə və gənclərin xarici ölkələrdə təhsilinə yönəldiləcək.

Fərmanda qeyd edilir ki, Fondun investisiya portfelinin məcmu dəyəri 51,24 milyard manata bərabər götürülür. Portfelin baza valyutası ABŞ dolları müəyyən edilib.

Buna da bax: Səfir: 'ABŞ 'Cənub Qaz Dəhlizi'ni daim diqqətdə saxlayır'

Fərmanda göstərilir ki, xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən artıq olmamalıdır. Bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi isə investisiya portfelinin 5 faizindən çox ola bilməz.

Neft Fondunun Dünya Bankının xəzinədarlığına idarəetməyə verdiyi vəsaitlərin həcmi isə 500 milyon dollardan artıq, olmamalıdır.

Buna da bax:​ Neft fondunun təzə binasının saxlanması neçəyə başa gəlir?

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 125 milyard dollardan çox vəsait daxil olub.

Fondun aktivləri hazırda 33 207,2 mln. ABŞ dollarına bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG