Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:09

Neft fondunun təzə binasının saxlanması neçəyə başa gəlir?


Dövlət Neft Fondunun 26 mərtəbəli binası
Dövlət Neft Fondunun 26 mərtəbəli binası

Dövlət Neft Fondu (DNF) 285 min manatın hesabatını verib. Amma bu, xərclərin bir hissəsidir. Ötən ilin sonunda elan edilmiş 25 hissədən ibarət tenderin, hələlik, 13-nün qalibi məlum olub.

Dövlət Neft Fondunun (ARDNF) 26 mərtəbəli (2 yeraltı mərtəbə də daxil) inzibati binasının tikintisinə 3 il ərzində 84 milyon 916 min avro sərmayə qoyulub. Buranın saxlanması üçün texniki xidmətlə bağlı ilk müsabiqə bina istismara veriləndən 11 ay sonra - 2015-ci ilin noyabrın 28-də elan edilmişdi. Lakin o zaman tenderin nəticələri açıqlanmamışdı.

Buna da bax:​ 'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'

Fondun sözçüsü: «Məlumat tam açıqlanacaq»

Elə indi də fond tenderin nəticələrini yarımçıq elan edib: Qaliblərin adları açıqlansa da, bağlanmış müqavilələrin qiyməti haqda məlumat verilməyib. Bircə istisnayla - bir neçə gün öncə «HP» və «Xerox» markalı çap və nüsxələmə avadanlığının ehtiyat hissələrinin satın alınması üzrə «Xerotek LLC» MMC ilə 40 min 808 manat məbləğində müqavilənin bağlandığı bildirilib.

Yerdə qalan 12 müsabiqənin nəticələrini ARDNF-nin İctimaiyyətlə Əlaqələr Departamenti AzadlıqRadiosu-nun sorğusunu cavablandırarkən açıqlayıb. Mətbuat katibi Camalə Əliyeva onu da əlavə edib ki, şirkətlərlə müqavilələrə dair məlumatlar tender.gov.az saytına göndərilib və qısa zamanda saytda yerləşdiriləcək.

Buna da bax: 'Azərbaycanla Mədən Şəffaflığının standartlarına uyğun davranın'

Pul 5 şirkət arasında bölünüb

Yanğınsöndürmə sistemlərinə, su çənlərinə, sutəmizləyici və havalandırma qurğularına, serverləri soyutma qurğularına, kəsintisiz güc mənbələrinə (UPS), eləcə də fasad təmizləməkdən ötrü nəzərdə tutulan avadanlığa texniki xidmətə və bəzilərinin yenilənməsinə görə qalib şirkətlərə toplam 77 min 457 manat ödəniləcək.

Bundan başqa, çap işlərinə - 14 min 700 manat, «HP», «Dell», «EMC», «Cisco» və s. markalı kompüter monitorları, dizüstü kompüterlər, server avadanlığı və s. alınmasına - 117 min 388 manat, İT sisteminə texniki xidmətə - 34 min 692 manat xərclənəcək.

ARDNF tenderinin qalibləri «Rövşən Oğuz Qrup» MMC, «A-Dizayn» MMC, «Avropa Lift Sistemləri» MMC, «Vellmechs» MMC və «R.İ.S.K. Elmi İstehsalat Şirkəti» QSC olub.

Buna da bax:​ Neft Fondu fevralda 258 milyon dollar satıb

Fondun tenderinə maraq göstərmirlər

İnzibati binada quraşdırılmış digər mühəndis kommunikasiya vasitələrinə (yanğın və mühafizə siqnalizasiya sistemləri, transformator, elektrik qurğuları, su nasosları və sistemi, bina idarəetmə sistemi (BMS), ümumi soyutma qurğuları) texniki xidmətlə bağlı müsabiqələr hələ yekunlaşmayıb. İki müsabiqədə (lift və generatorlara texniki xidmət) isə iddiaçıların sayı üçdən az olduğuna görə, onların davam etdirilməsinə lüzum görülməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG