Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:49

Dövlət Neft Fondu (DNF) bu ilin fevral ayında valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, ötən ay DNF valyuta hərraclarında 258.4 milyon ABŞ dolları satıb.

Fevral ayında DNF-nin də iştirak etdiyi 8 valyuta hərracı keçirilib. Bu o deməkdir ki, fond hər hərracda ortalama 32.3 milyon dollar satıb.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub.

2017-ci il yanvarın 1-nə Fondun aktivləri 33 milyard 147 milyon ABŞ dolları olub.

Fond fevralda yanvarla müqayisədə az valyuta satıb. Yanvarda fondun hərraclarda satdığı valyutanın məbləği 285 milyon dollar olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG