Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:52

2017-ci ilin birinci rübü ərzində Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 3 272,5 milyon manat olub. Fondun büdcə xərcləri isə 3 847,5 milyon manat təşkil edib.

Bu barədə ADNF-nin hesabatında yazılıb.

2017-ci ilin birinci rübü ərzində ADNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 899,1 milyon manat olub.

Buna da bax:​ 'Şəffaflıq təşəbbüsündən çıxmaq kredit almaq problemi yaratmayıb'

Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 373,4 milyon manat təşkil edib.

Neft Fondunun 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat ayrılıb. Bundan başqa, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə də əlavə olaraq 1,3 milyon manat vəsait ayrılıb.

2 milyon manat vəsaitin isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldildiyi bildirilir.

Buna da bax: Neft fondunun təzə binasının saxlanması neçəyə başa gəlir?

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə isə Mərkəzi Banka 2 279,0 milyon manat transfert edilib.

Yanvar-mart ayları ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ADNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib.

Fondun aktivləri 2017-ci il aprelin 1-i 33 207,2 milyon dollar təşkil edib.

2017-ci ilin əvvəlində aktivlər 33 147,0 milyon dollar təşkil etmişdi. Artım 0,18 faiz olub.

Buna da bax:​ 'Ölkə imitasiya zolağından çıxa bilmir'

Neft Fondu 2001-ci ildə yaranıb. Həmin dövrdən bəri Fonda ümumilikdə 124 milyard dollara yaxın vəsait daxil olub. Bu isə indiyə qədər Fonda toplanmış vəsaitdən 91 milyard dolların xərcləndiyi anlamına gəlir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG