Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:43

Səfir: 'ABŞ 'Cənub Qaz Dəhlizi'ni daim diqqətdə saxlayır'


Sənaye və energetika naziri Natiq Əliyev

“Şahdəniz - Mərhələ 2”, “Cənub Qafqaz Kəmərinin Genişləndirilməsi”, “Trans-Anadolu” Qaz Kəməri” (TANAP) layihələri üzrə işlər qənaətbəxş səviyyədədir. Lakin İtaliyada “Trans-Adriatik” Qaz Kəməri (TAP) layihəsinin tikintisi ilə bağlı bir sıra çətinliklər, hələ də qalır”.

Bu sözləri aprelin 13-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edən energetika naziri Natiq Əliyev deyib.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi' QSC-dən növbəti 1 milyardlıq avrobond

N.Əliyev bu problemlərin “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib.

İtaliyanın iqtisadi inkişaf nazirinin TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliyə aparılmasına töhfə verdiyini də vurğulayıb.

Səfir isə ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və dəstəyinin davamlı olduğunu bildirib.

Buna da bax: İ.Əliyev: 'ABŞ Azərbaycana 10 milyard yatırıb'

Səfirlə görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston Offşor Texnologiya Konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyəti əhatə edən məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Robert Sekuta həmin konfrans barədə məlumat verib. O, bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır.

Yüz ölkəni təmsil edən 2300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesindən ötrü qlobal əhəmiyyətə malikdir.

Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb.

Buna da bax:​ İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar da müzakirə edilib.

Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.

“Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısından ötrü neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək”, nazir qeyd edib.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutur. TAP və TANAP onun tərkib hissələridir.

Buna da bax:​ Neft hasilatını azaltmaq razılaşması uzadıla bilər

Xatırlatma

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Söhbət Azərbaycanın hasilatı sutkada 35 min barrel azaltmasından gedir.

Bütün bunlardan sonra neftin qiymətində müəyyən artım müşahidə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG