Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:07

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri iyunda başa çatacaq hasilatın azaldılması müqaviləsini uzada bilər. Bunu Səudiyyə Ərəbistanının energetika naziri Khalid A. Al-Falih deyib. O bunun beynəlxalq xam neft ehtiyatlarının həcminin yüksək qalacağı halda baş verəcəyini deyib.

Al-Falih Vaşinqtonda «Bloomberg News»a açıqlamasında deyib: «Əgər neft ehtiyatlarının həcmi beş ilin ortalamasından çox olarsa, bazarlar hələ də gələcəyə ümidli baxmasalar,... razılaşma uzadılacaq. Şirkətlər və investorlara neft sənayesini yenidən sağlam duruma gətirənə qədər nə lazımdırsa edəcəyimizin siqnalını vermək istəyirik».

Bu il iyunun sonuna kimi davam edəcək hasilatın azaldılması razılaşması bütün dünyada neft ixracatçısı ölkələrinin iqtisadiyyatlarını sarsıdan kəskin qiymət azalmasını önləməyi hədəfləyir. OPEC mayın 25-də hasilatın azaldılmasını davam etdirib-etdirməməyə qərar verəcək. Al-Falih bu strategiyanın qlobal bazarlara yaxşı təsir etdiyini və əsas göstəricilərin yaxşılaşdığını sözlərinə əlavə edib.

OPEC-ə üzv olan və olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG