Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Yanvar-aprel aylarında Azərbaycanda qiymətlər əvvəlki ilin eyni dövründəkindən 13,5 faiz yüksək olub. Bu göstərici son 15 ayda yalnız 2016-cı ilin yanvarından (13,6 faiz) aşağıdır.

Dövr ərzində ərzaq 17,8 faiz, qeyri-ərzaq məhsulları 12,5 faiz, əhaliyə göstərilən xidmətlər isə 8,7 faiz bahalaşıb.

Buna da bax:​ EBRD: 'Bu il Azərbaycan iqtisadiyyatı 0.5 faiz kiçiləcək'

Dövlət Statistika Komitəsindən AzadlıqRadiosu-na bildiriblər ki, apreldə mart ayına nəzərən inflyasiya 0,2 faiz qalxıb. Ərzağın qiyməti orta hesabla 0,4 faiz, qeyri-ərzaq malları 0,2 faiz qalxıb. Ay ərzində xidmətlərin qiyməti dəyişməz qalıb.

Hökumət bu il birrəqəmli inflyasiyanı hədəfləyib. Bu məqsədlə Mərkəzi Bank dövriyyədə olan manat kütləsini məhdudlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG