Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Trump Lavrovla görüşün çox yaxşı keçdiyini deyir


Donald Trump və Sergei Lavrov

ABŞ prezidenti Donald Trump Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşün “çox yaşı” keçdiyini bildirib və qeyd edib ki, Suriyadakı dəhşətli ölümlər dayandırılmalıdır.

O, bunu mayın 10-da Vaşinqtonda Lavrovla görüşdən sonra deyib.

Bu barədə mayın 10-da Azadlıq Radiosu xəbər yayıb.

Gprüşün məğzi barədə hələlik ətraflı məlumat verilmir.

Bu, ABŞ prezidenti kimi Trump-ın Rusiya rəsmiləri ilə ən yüksək səviyyəli görüşdür.

Lavrov bundan bir qədər əvvəl ABŞ Dövlət katibi Rex Tillersonla görüşüb.

Görüşdə Suriya, Ukrayna münaqişələri və digər beynəlxalq məsələlər müzakirə edilib.

Tillerson görüşün tərəflər arasında dialoq və fikir mübadiləsinin davam etdirilməsinə şans olduğunu deyib.

Lavrov bundan sonra Alyaskaya yollanacaq, mayın 11-də Arktika şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG