Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:27

Prezidenti İlham Əliyev, onun xanımı, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri mayın 10-u mərhum prezident Heydər Əliyevin Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, bu mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər və Milli Məclisin deputatları iştirak edirdilər.

Bu gün, mayın 10-u keçmiş prezident Heydər Əliyevin doğumunun 94-cü ildönümüdür. Hazırkı prezident İlham Əliyev onun oğludur.

H.Əliyev ölümündən bir müddət öncə oğlu İ.Əliyevi baş nazir təyin edib. Elə bundan az sonra, 2003-cü ildə də İ.Əliyev prezident seçilib.

H.Əliyev Azərbaycana iki dönəm rəhbərlik edib. Birinci SSRİ dönəmi - 1969-1982-ci illərə təsadüf edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra H.Əliyev ikinci dəfə hakimiyyətə gəlib. Bu isə 1993-2003-cü illəri əhatə edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG