Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc” şirkəti Gədəbəydəki “Uğur” yatağında ikinci faza aktiv zona üzrə qazma işlərini tamamlayıb.
Bu barədə şirkətin press-relizində bildirilir.
Şirkət işlərin tamamlanmasının 2017-ci ilin ikinci yarısında yataqdakı qızıl ehtiyatlarının qiymətləndirilməsinə imkan verəcəyini qeyd edib.
Şirkət hazırda qazma nümunələrinin ekspertizasının aparıldığını bildirir.
Buna da bax: Gədəbəy qızıl-filiz yatağından 2 tondan çox qızıl çıxarılıb
Ötən ilin sonunda «Anglo-Asian Mining Plc.» şirkəti Gədəbəydəki yeni “Uğur” yatağında qızıl ehtiyatı ilə bağlı kəşfiyyat aparmaq məqsədilə lisenziya almışdı.
Xatırlatma
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.
Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]
«Anglo-Asian Mining Plc.» şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur.
Azərbaycanda ilk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.
Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.
Son illər Azərbaycanda qızıl hasilatının azaldığı bildirilir.
Buna da bax: Qara metal ixracında 37,2, qızıl hasilatında 32 faiz azalma
2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda qızıl hasilatı 1 min 115,9 kq təşkil edib. Bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 15,8 faiz azdır.