Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:55

Qara metal ixracında 37,2, qızıl hasilatında 32 faiz azalma


Arxiv fotosu.

Yanvar-fevral aylarında Azərbaycanda 54 min ton polad əridilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır.

Həmin poladın əsas hissələrindən (84 faiz) tikinti armaturu istehsalında istifadə edilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

Buna da bax:​ Xarici ticarətdə azalma davam edir

Bu ilin 2 ayında ümumilikdə 45,3 min ton armatur istehsal edilib. Bu, da ötən ilin analoji dövründən 71,7 faiz çoxdur. Ancaq martın 1-i armaturun üçdə biri (13,7 min ton) anbarlarda yığılıb, qalıb.

Qara metalların ixracında durum ürəkaçıcı deyil.

Hesabat dövründə 14,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Bu, ötən eyni dövründən 68 faiz azdır. İxrac (qiymət ifadəsində 13,5 milyon dollar) 37,2 faiz azalıb.

Buna da bax: İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi

Qızıl hasilatında 32 faiz azalma

Yanvar-fevral aylarında ümumi qızıl hasilatı isə 181,2 kiloqram təşkil edib. Bu göstərici ötən ilin uyğun dövrü ilə müqayisədə 32 faiz azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG