Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:13

Kadyrov geylərlə bağlı komissiya ilə əməkdaşlıq edəcəyini deyir


Vladimir Putin və Tatyana Moskalkova, 5May2017

Çeçenistan rəhbəri Ramzan Kadyrov mayın 5-də deyib ki, bu muxtar respublikada geylərin təqibi iddialarını araşdıran Kreml rəsmiləriylə əməkdaşlıq edəcək.

Rusiya prezidenti Vladimir Putin daha öncə demişdi ki, “baş prokuror və daxili işlər naziriylə” şəxsən danışacaq, onlardan Kremlin insan haqları ombudsmanı Tatyana Moskalkova-ya məlumatların yoxlanmasında kömək göstərmələrini istəyəcək.

Buna da bax:​ 'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə

Homoseksualların saxlanması, işgəncəyə məruz qalması xəbərləri beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub.

“Çeçenistan bu mövzudan danışan qərb siyasətçilərinə, eləcə də Almaniya kansleri Angela Merkel-ə göstərəcək ki, bütün bəyanatları əsassızdır”, – Kadyrov Rusiya mediasına deyib.

Buna da bax:​ Kadyrov geylərlə bağlı məlumatları yalanlayır

O, istintaqla əməkdaşlıq edəcəyini söyləsə də, “Qərbin bu mövzunu şişirtdiyini” sözlərinə əlavə edib. Kadyrov bir daha Çeçenistanda geylərin olmadığını vurğulayıb. O, daha öncə də oxşar açıqlama vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG