Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 19:17

Kadyrov geylərlə bağlı məlumatları yalanlayır


R.Kadyrov

Çeçenistan rəhbəri Ramzan Kadyrov respublikada homoseksualların saxlanması barədə məlumatları yalanlayıb.

Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin-lə görüşündə bu cür xəbərləri «təxribatçı» adlandırılıb.

«Bu barədə danışmaq belə utancvericidir. Bəzi qəzetlər bir nəfərin öldüyünü yazırlar, amma o sağdır, özünü yaxşı hiss edir, evindədir», – Kadyrov deyib.

Kadyrov daha öncə Çeçenistanda homoseksualların olmadığını deyirdi.

«Novaya Gazeta» və bəzi media orqanları Çeçenistanda yüzlərlə homoseksualın saxlandığını, onlara işgəncə verildiyini yazıb. Ölənlərin belə olduğu bildirilir.

Rusiyada bu həftə təhqiqat başlanıb. Amma Rusiya insan haqları ombudsmanı Tatyana Moskalkova deyib ki, qurbanlardan heç bir rəsmi şikayət almayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG