Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:56

Məhkəmə Müsavatın şikayətini rədd edib


Müsavat Şəkidəki qərargahından çıxarılıb.

Bu gün, mayın 5-i Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyasının rayon icra hakimiyyətindən verdiyi şikayəti təmin etməyib.

Bu haqda partiyanın divan üzvü Elman Fəttah məlumat verib.

Onun bildirdiyinə görə, daha öncə partiya icra hakimiyyətinin toplantılarına icazə verməməsindən Şəki şəhər İnzibati-İqtisad Məhkəməsinə şikayət etmişdi. Ancaq həmin məhkəmə icra hakimiyyətinin partiyanın toplantısına icazə verməməsinin qanuni olduğu qərarına gəlib və Müsavatın iddiasını təmin etməyib.

Bu gün, mayın 5-də isə Şəki Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayətə baxıb. Apellyasiya instansiyası da Müsavat Partiyasının müraciətləri ilə bağlı qərarı qanuni hesab edib.

Müsavatçılar yuxarı məhkəməyə şikayət edəcək.

XATIRLATMA

Müsavat Partiyasının Şəki şəhər təşkilatı ötən ilin sonlarında Azərbaycan klassiki Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr olunmuş tədbir keçirmək istəyib.

Tədbirə yer verilməsindən ötrü rayon icra hakimiyyətinə müraciət olunsa da, oradan rədd cavabı alınıb.

Müsavat Partiyası düşünür ki, icra hakimiyyətinin bu addımı onların sərbəst toplaşmaq hüququnu pozub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG