Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:53

Vaşinqtonda etiraz aksiyaları keçirilib


Donald Trump, 28 april, 2017

ABŞ-ın paytaxtı Vaşinqtonda şənbə günü minlərlə insan küçələrə çıxaraq prezident Donald Trump-ın iqlim dəyişikliyi və ətraf mühit siyasətinə etiraz ediblər. Oxşar etirazlar artıq ikinci dəfədir keçirilir.

Buna da bax:​ 'Yer Planeti Günü'ndə elmə dəstək nümayişləri

“İnsanların İqlim Marşı” adlanan etiraz aksiyasına qatılanlar Trump administrasiyasının Ətraf Mühitin Mühafizəsi Agentliyində böyük ixtisarlar aparılmasıyla bağlı təklifindən qəzəbləniblər. Bu agentlik ölkənin ətraf mühit qanunlarının icrasına nəzarət edir.

Ağ Ev “Paris Razılaşması”ndan çıxmağı planlaşdırır. ABŞ daxil 190-dan çox ölkə həmin sazişi qlobal istiləşmənin önlənməsi ümidiylə imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG