Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

'Yer Planeti Günü'ndə elmə dəstək nümayişləri


"Yer Planeti Günü". Vaşinqton. 22aprel2017

Aprelin 22-də Vaşinqtonda və bütün dünyada elmə dəstək yürüşləri keçirilib, on minlərlə insan bu nümayişlərə qatılıb. Onlar populist siyasətçilərin “faktlara hücumları”na etiraz ediblər.

“Elm uğrunda yürüşlər” "Yer Planeti Günü"ndə baş tutub, təşkilatçılar vebsaytlarında bildiriblər ki, məqsəd “elmin sağlamlığımızda, təhlükəsizliyimizdə, iqtisadiyyat və hökumətlərimizdə oynadığı aparıcı rolu” dəstəkləmək olub.

Buna da bax:​ ABŞ hökuməti Exxon-a Rusiyada işləməyi qadağan edir

Nümayişə qatılanların çoxu ABŞ prezidenti Donald Trump-ın siyasətinə qarşı çıxıblar. Trump keçmişdə özəlliklə iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmaları yalan adlandırıb.

Təşkilatçılar etirazın tərəfsiz olduğunu bildirsələr də, şüarların çoxu Trump-ın siyasətinə qarşı olub.

Fransa, Serbiyada da oxşar yürüşlər keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG