Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:36

ABŞ hökuməti Exxon-a Rusiyada işləməyi qadağan edir


ABŞ maliyyə naziri Steven Mnuchin
ABŞ maliyyə naziri Steven Mnuchin

ABŞ-ın maliyyə naziri Steven Mnuchin aprelin 21-də bəyan edib ki, Trump administrasiyası Exxon Mobilə və başqa şirkətlərə Rusiyaya qarşı ABŞ sanksiyalarının aid edildiyi ərazilərdə neft qazma işləri aparılması üçün icazə verməyəcək.

Mnuchin deyib ki, bu qərar prezident Donald Trump-la məsləhətləşmə əsasında qəbul edilib.

AzadlıqRadiosu bundan əvvəl ABŞ mediasına istinadən yazırdı ki, Exxon Mobil Qara dənizdə Rusiyanın dövlət Rosneft şirkəti ilə birlikdə qazma işlərini bərpa etmək məqsədilə sanksiyaların qadağınından istisna edilməsi üçün Amerika hökumətinə müraciət edib.

Exxon şirkətinin sözçüsü Alan Jeffers deyib ki, şirkət prezident Trump-la məsləhətləşmədə qəbul edilmiş qərarı başa düşür.

Exxon bundan əvvəl bildirirdi ki, sanksiyalardan istisna edilməsə, onun Qara dənizdə qazma işləri aparmaq hüququnun müddəti bu ilin sonunadək başa çatacaq. Exxon bunu xüsusilə vurğulayırdı ki, Avropa şirkətlərinin qarşısında belə maneələr yoxdur.

Qərargahı Texasda yerləşən Exxon şirkətinə bu ilin əvvəlinədək hazırkı dövlət katibi Rex Tillerson başçılıq edirdi.

Tillerson Exxona rəhbərlik etdiyi vaxtlarda, 2014-cü ildə Krımın ilhaqına görə Rusiya üzərinə qoyulmnuş sanksiyalara etiraz edirdi.

Lakin cənab Tillerson Trump adminsitrasiyasında Dövlət Departamentinə rəhbər təyin ediləndən bəri Rusiyaya qarşı sanksiyaları dəstəkləyib.

ABŞ sanksiyaları Amerika şirkətlərinə Rusiyaya təkmil dəniz və kontinental qazma avadanlığının gətirilməsini qadağan edir.

Exxon şirkətinə habelə Rusiyanın şimalındakı Kara dənizi sahilində qazma işlərinin dayandırılması göstərişi verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG