Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 20:13

'Exxon' Rusiyada qazma işini bərpa etmək istəyir


Rex Tillerson

Medianın yazdığına görə, «Exxon Mobil» şirkəti Qara dənizdə, rusiyalı tərəfdarı «Rosneft»lə birlikdə qazma işini bərpa etməkdən ötrü ABŞ-ın Rusiyaya sanksiyasının qaldırılmasını istəyir.

Texasın bu neft nəhənginə bu ilədək ABŞ-ın Dövlət katibi Rex Tillerson rəhbərlik edirdi. O, şirkətin rəhbəri ikən Rusiyaya Ukraynanın Krım vilayətinin ilhaqına görə qoyulmuş sanksiyalara qarşı çıxırdı. Amma dövlət katibi postuna gələndən Tillerson sanksiyaları dəstəkləyib.

Dövlət Departamentinin sözçüsü aprelin 19-da bildirib ki, Tillerson iki il müddətinə «Exxon»la bağlı bütün məsələlərdən uzaqlaşıb.

Sanksiyalar ABŞ şirkətlərinin qabaqcıl ofşor qazma texnologiyasının Rusiyaya aparılmasını yasaqlayır. «Exxon»un da Rusiyanın şimal sahilində qazma işlərini dayandırması tələb olunub.

«Rosneft»in rəhbəri Igor Sechin-in adı isə «qara siyahı»ya salınıb.

«Exxon» bildirir ki, bu ilin sonunadək iş görməsə, Qara dənizdəki hüquqları bitir, ona görə də ona sanksiya qaldırılmalıdır. Şirkət Avropadakı rəqiblərinə qarşı bu cür məhdudiyyətlərin olmadığını vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG