Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:14

Şirkət: ‘Söküntü qanuni olub’


Bakıda gecəyarı evi sökdülər
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Bakıda gecəyarı evi sökdülər [video]

“Hüseyn Cavid prospekti, 566 ünvandakı hündürmərtəbəli binanın yaxınlığındakı tikilinin sökülməsi tam qanuna uyğun həyata keçirilib. Həmin tikilinin sahiblərinə bazar qiymətlərinə uyğun olaraq, kompensasiya ödənilib”.

Aprelin 25-nə keçən gecə Hüseyn Cavid prospektində söküntü işləri aparmış “Olympus” şirkətindən “Turan” Agentliyinə belə deyiblər.

Buna da bax:​ Bakıda gecəyarı evi sökdülər

Tikinti şirkəti bildirir ki, Hüseyn Cavid prospekti, 566 ünvandakı hündürmərtəbəli binanın ətrafı öncədən nəzərdə tutulan planlamaya əsasən, abadlaşdırılmalı idi. Ancaq binaya yaxınlıqda yerləşən bəzi tikililərin sökülməsi onların sahiblərinin xahişinə görə yubanıb.

“Köhnə tikililərin söküntüsü, habelə tikinti işləri qanuna uyğun şəkildə həyata keçirilib. Həmin tikililərin sahibləri ilə razılaşma olub və bu müqavilələrlə sənədləşdirilib. Razılaşmaya müvafiq olaraq tikili sahiblərinə kompensasiya da, artıq ödənilib”, şirkətdən bildiriblər.

Buna da bax:​ Artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub

Xatırlatma

Aprelin 24-ndən 25-nə keçən gecə bir qrup sakin Hüseyn Cavid prospektində yolu bağlamağa cəhd göstərmişdilər. Onlar Hüseyn Cavid-566 ünvanında yerləşən binanın həyətindəki mənzillərin sökülməsinə etiraz edirdilər.

Sakinlər Azadlıq Radiosuna bildirmişdilər ki, Hüseyn Cavid-566 ünvanındakı binanın sahibi həyətdəki mənzilləri sökmək istəyir. Onlar tikinti şirkəti tərəfindən aldadıldıqlarını, söküləcək mənzillərinin sahəsinin az hesablandığını, kompensasiya almadıqlarını bildirmişdilər.

Gecə həmin mənzillərdən bəziləri sökülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG