Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:47

Artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub


Sökülmüş artırmaların yeri (arxiv fotosu).

“Artırmaları söküblər, divarlarımız yarıq-yarıq olub. 1 aydan çoxdur ki, bu durum davam edir. Köhnə evin bir hissəsini sökərsən, o ev nə günə qalar? Bu gecə divardan iri daş parçası qopub düşüb, qaçmışıq küçəyə, sabah bütün divarın üstümüzə uçacağına zəmanət yoxdur”.

Buna da bax:​ 'Akkord'dan tələb

DİVARDAN DAŞLAR QOPUB YERƏ TÖKÜLÜR

Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 26-da 1 ay öncə başlanan söküntü burada yaşayan sakinləri təkrar dilə gətirib. Sakinlər AzadlıqRadiosu-na danışırlar ki, artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub. Sakin Mənzər Hacıyevanınsa evinin divarından daşlar qopub yerə tökülür. O, evdə yaşamağın təhlükəli olduğunu deyir:

“Artırmaları sökmək üçün ağır texnikalar gətirib tökmüşdülər. Texnikalar işlədikcə köhnə evlər silkələndi, silkələndi, bu da nəticəsi...”

Sakinlərin bir qismi evlərini tərk edib. Ancaq sakinlər eləcə evlərini qoyub getməklə kifayətlənmək fikrində deyillər. Onlar başqa yerə köçürülmələrini, yaxud da kompensasiya ödənilməsini tələb edirlər.

Buna da bax: 120 yaşlı məktəb binasının dam örtüyünü külək qoparıb

“ARTIRMALARI ÖZBAŞINA ETMƏMİŞİK”

Sakin Məzahir Tahirov hesab edir ki, artırmalara görə də kompensasiya ödənilməlidir. Çünki çoxu sənədli-sübutlu olub. Ancaq sökməyə gələnlər sənədlərə məhəl qoymayıblar:

“Evlərin qarşısındakı artırmaları özbaşına etməmişdik. Başçının sərəncamı ilə artırılıb. Deyirlər, artırmalara görə vaxtilə başçının verdiyi sərəncamlar ləğv olunub. Bunu özbaşına necə etmək olar? Birbaşa mülkiyyətimizdə olan əmlaklarımıza qanunsuz müdaxilə olunub”.

Nəsimi rayon icra hakimiyyətindən isə deyilənlərlə razılaşmırlar. Qurumdan AzadlıqRadiosu-nun sorğusuna cavab olaraq bildirilib ki, sökülən artırmalar özbaşına tikililər olub: “O artırmalar çoxdanın məsələsidir, əvvəlki başçıların vaxtında qanunsuz icazə verilib. Ona görə də artırmalara görə sakinlərə kompensasiya ödənilməsi üçün Nazirlər Kabinetinin qərarı yoxdur. Söküntüdən sonra mənzillərə baxış keçirilib, qəzalı vəziyyət qeydə alınmayıb”.

Buna da bax:​ Şəkidə hələ də bərpasını gözləyən evlər var

SƏRƏNCAM ANCAQ MƏHKƏMƏ QƏTNAMƏSİYLƏ LƏĞV OLUNA BİLƏR

Hüquqşünas Namizəd Səfərov deyir, əgər artırmalara görə sərəncam olubsa, bu sərəncam yalnız məhkəmə qaydasında ləğv oluna bilər:

“Dövlətin adından verilən sərəncam yalnız dövlətin adından çıxan məhkəmə qətnaməsi ilə ləğv oluna bilər. Əgər məhkəmə qərar versə ki, artırmalar dövlət ehtiyacına görə sökülməlidir, mülkiyyətçiyə kompensasiya ödənilməklə sökülə bilər. Başqa heç bir halda vətəndaşa məxsus əmlaka müdaxilə etmək olmaz. Söküntü zamanı əmlaka dəyən zərər də ödənilməlidir. Bunun üçün vətəndaşlar məhkəməyə müraciət etməlidilər”, – hüquqşünas bildirib.

Buna da bax:​ Sahibkar 1 milyon manat zərərə düşüb

Kövkəb Səfərəliyeva küçəsinin sakinləri tələbləri yerinə yetirilmədiyi halda aksiyalara başlayacaqlarını deyirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG