Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 16:20

'CDB Bank' 'AtaBank'a qoşulur


AtaBank

«CDB Bank» «AtaBank» ASC-yə qoşulur. Bu barədə bu gün, aprelin 18-i «AtaBank» ASC mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, «Caspian Development Bank» ASC-nin (CDB Bank) səhmdarlarının ümumi yığıncaqlarında onun yenidən təşkil şəklində ləğv edilərək, «AtaBank» ASC-yə qoşulması ilə əlaqədar qərar verilib. Bununla da Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.

Məlumatda qeyd edilir ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair «PwC» beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Məlumatda o da bildirilir ki, bu proses hüquqi müstəvidə yekunlaşana qədər bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrasını hər bir bank ayrı-ayrılıqda davam etdirəcək.

Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilirdi. Ekspertlər hesab edirlər ki, bir çox banklar birləşməsə, həmin aqibət onları da gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG