Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

ABŞ da Çeçenistandakı geylərin durumundan narahatdır


Nikki Haley

Birləşmiş Ştatlar Çeçenistanda geylərə qarşı təqiblərlə bağlı məlumatlardan narahatlığını bildirib, Rusiya rəsmilərini araşdırmalar aparmağa çağırıb.

«Çeçenistanda insanların seksual oriyentasiyasına görə oğurlanması, işgəncəyə məruz qalması, qətliylə bağlı məlumatlardan narahatıq. Doğrudursa, insan haqlarının bu cür pozulması gözardı edilə bilməz. Çeçenistan hakimiyyəti dərhal bu iddiaları araşdırmalıdır», – ABŞ-ın BMT-dəki səfiri Nikki Haley aprelin 17-də deyib.

N.Haley qeyd edib ki, aprelin 18-də BMT Təhlükəsizlik Şurasının rotasiyada olan prezidenti kimi o, şuranın insan haqları üzrə ilk toplantısına sədrlik edəcək. «Məqsəd beynəlxalq sülhü və təhlükəsizliyi hədələyən insan haqları pozuntularını həll etmək öhdəliyimizi vurğulamaqdır», – o deyib.

Çeçenistan hakimiyyəti bu məlumatı yalanlayır, respublikada homoseksual olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG