Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:27

Trump Erdoğan-ı təbrik edib


R.T.Erdoğan və D.Trump

ABŞ prezidenti Donald Trump türkiyəli həmkarı Recep Tayyip Erdoğan-a zəng edərək onu referendumdakı qələbəsi münasibətilə təbrik edib. Ağ ev bu məlumatı aprelin 17-də yayıb.

Bu zəngdən öncə ABŞ Dövlət Departamenti, avropalı müşahidəçilər, Türkiyədəki müxalifət partiyaları səsvermə prosesindəki pozuntulardan narahatlıqlarını bildiriblər. Seçki rəsmilərinin son anda milyonlarla möhürsüz bülletenin sayılması haqda verdiyi qərar da həmin pozuntular sırasında göstərilir.

51.4 faiz səslə qazanılmış referendum prezidentə səlahiyyətlərini genişləndirmək imkanı verir. Tənqidçilər hakimiyyətin bir əldə cəmləşəcəyini, nəzarət və balansa yer qalmayacağını deyirlər.

Dövlət Departamenti bəyanatında Türkiyəni fərqli baxışlara sayqı göstərməyə, müxalifət partiyaları ilə siyasi dialoqu saxlamağa çağırıb.

Aprelin 17-də axşam minlərlə etirazçı İstanbul küçələrinə çıxıb. Onlar referendumun nəticələrinə etiraz ediblər. Ankara, İzmir və digər şəhərlərdə də miqyasca kiçik etirazlar keçirilib. Media Antalyada 13 nəfərin saxlandığını yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG