Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 15:03

Bakıda körpələr evində yanğın olub


Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri

Bu gün, aprelin 14-ü Bakıdakı körpələr evinin birində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Buna da bax:​ Yasamalda yaşayış binasında yanğın

“Ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb”, - deyə məlumatda qeyd edilir.

Yanğının baş vermə səbəbi, hələlik, açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG