Bu gün, aprelin 10-u Bakının Yasamal rayonundakı yaşayış binalarının birində yanğın olub.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, yanğın ikimərtəbəli yaşayış binasında baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Buna da bax: 'Sovetski' tərəfdə yanan bina söndürülüb [video]
Hazırda yanğının qarşısının alındığı bildirilir.
Təbriz Xəlilbəyli küçəsi ilə S.Tağızadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının ikinci mərtəbəsinin yandığı bildirilir. Hadisənin səbəbləri, dəyən ziyan araşdırılır. İnsan itkisi ilə bağlı məlumat verilmir.