Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:46

Rusiya “Yevravijn” 2017 mahnı müsabiqəsində iştirak edə bilməyəcək.

“Qazata, ru”-nun aprelin 14-də yaydığı məlumata görə, bu barədə yarışın təşkilatçısı olan Avropa yayım birliyi məlumat yayıb.

Sənəddə deyilir ki, Rusiyanı təmsil edəcək Yuliya Samailovanın Ukraynaya girişinə qadağa qoyulduğu təsdiqləndikdən sonra birlik Rusiyaya iki alternativ variant təklif edib.

Birinci variantda yarışda uzaqdan iştirak etmək, ikinci variantda isə başqa namizəd seçmək təklif olunurdu.

Amma Rusiyanın “Birinci kanal” ı bunun hər ikisindən imtina edib.

Bu isə o deməkdir ki, Rusiya bu yarışda iştirak edə bilməyəcək, deyə Avropa yayım birliyinin məlumatında bildirilir.

Qeyd edək ki, Samailova 2015-ci ildə Rusiyanın ilhaq elədiyi Krımda çıxış etdiyinə görə, Ukraynanın təhlükəsizlik xidməti martın 22-də onun Ukrayna ərazisinə gəlməsinə 3 illik qadağa qoyub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG