Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:50

Kənd Təsərrüfatı Nazirliyi donorlarla birgə Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsinin istiqamətlərini müəyyənləşdirir.

Bu haqda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. Onun deməsinə görə, bu məqsədlə nazirlikdə potensial donorların dördüncü görüşü keçirilib.

Donor təşkilatların nümayəndələri Azərbaycanın aqrar sektorunda maliyyələşdirmək istədikləri istiqamətləri müəyyən ediblər.

«Frankfurt Maliyyə və Menecment Məktəbi ilə əməkdaşlıq çərçivəsində sahibkarların tələbatları, kredit təşkilatlarının üzləşdikləri çətinliklər və imkanları araşdırılıb. Geniş təhlillər aparılıb, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq mexanizmlər və yeni maliyyə məhsulları barədə tövsiyələr hazırlanıb», - deyə S.Talıbov bildirib.

O, kredit resurslarına çıxışın genişləndirilməsi üzrə normativ aktlara təklif edilən dəyişikliklərin anonsun verib.

«Bunların sırasında hazır məhsulların girov kimi qəbul edilməsi, eyni zamanda, götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqi var», - Talıbov bildirib.

Hazırda Azərbaycanda beynəlxalq donorlarla birgə kənd təsərrüfatı sahəsində 4 kredit, 9 texniki yardım, 2 qrant və 1 pilot layihə icra edilir.

Nazirliyin hesablamasına görə, son 10 ildə Azərbaycanda banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18.1 dəfə artırıb. Ancaq bununla bağlı konkret rəqəm açıqlanmır.

Ekspertlərə görə, bu vəsaitlər kənd təsərrüfatı məhsullarına tələbatı təmin etmək və ölkənin ixrac potensialını artırmaqdan ötrü yetərli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG