Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 01:03

N. Cəfərli: 'Ölkə kifayət qədər valyuta ehtiyatı itirib'


Natiq Cəfərli

“Əslində Azərbaycan maliyyə ehtiyatlarını kifayət qədər itirmiş ölkələr sırasındadır. 2014-cü ildə 15,4 milyard dollara malik olan Mərkəzi Bankın ehtiyatları 2015-ci ildə 4 milyarda qədər azaldı”.

Bunu AzadlıqRadiosu-na iqtisadçı Natiq Cəfərli dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı bu gün, aprelin 10-da keçirilmiş toplantısında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Buna da bax:​ Prezident: 'Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq'

Prezident həmin çıxışında qeyd etmişdi ki, bütün neft hasil edən ölkələr valyutalarını itirdiyi halda Azərbaycan artırır. Dövlət başçısının bildirməsinə görə, Azərbaycanın valyutası bu il 1 milyard artıb.

N. Cəfərli isə deyir ki, indi valyuta ehtiyatının artması əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycan neftinin son bir ildə 60 faiz bahalaşması ilə əlaqəlidir:

“Odur ki, biz indi neftin ucuzlaşmasından yox, bahalaşmasından danışa bilərik”.

Buna da bax:​ Azərbaycan oliqarxlararası savaşa hazırlaşır?

Amma N. Cəfərli hesab edir ki, bu artım makro-iqtisadi göstəricilərin dinamikasına təsir etmək gücündə deyil. Onun sözlərinə görə, valyuta ehtiyatlarını artıran başqa səbəblər də var. Bu səbəblər sırasında idxalın azalması ilə yanaşı, xaricə valyutanın ölkədən çıxışının azalması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, ölkə vətəndaşlarının “qənaət rejimi ”nə keçməsi də var.

Ekspert deyir ki, aktivliyin aşağı düşməsi iqtisadiyyatda əsl durğunluğa səbəb olacaq:

Mənzil tikintisinə gəlincə, sosial evlər tikilir. 1-ci mikrorayonda söküntülər layihəsi var və maliyyə ehtiyatları tikintiyə imkan versə o zaman bu sektorda inkişafdan danışmaq olar. Hələ ki, real işlərdən yox. sadəcə layihələrdən danışırıq”.

Buna da bax:​ Azərbaycana investisiya qoyulmasını əngəlləyən səbəb

Prezident çıxışında qeyd etmişdi ki, ölkənin tikinti sektorunda canlanma var. 300-ə yaxın sosial ev tikilir. O, ölkədə ixracın artdığını, idxalın da azaldığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG