Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:15

Azərbaycana investisiya qoyulmasını əngəlləyən səbəb


Manat və dollar

Azərbaycan ordusunun hərbi-texniki təminatı, valyutadəyişmə məntəqlərinin faliyyətə başlaya bilmə şansı, bankların ləğv olunması prosesində mülkiyyətçi hüquqalrının müdafiəsi, bank sistemindəki durum bu günkü medianın aparıcı mövzusudur…

Mülkiyyətçi hüququ təminat altnda olmalıdır

“Bizim Yol” qəzetində “Bankların və səhmdarların aktivləri satışa çıxarılır" sərlövhəli məqalə oxumaq olar.

Müəllif vurğulayır ki, manatın birinci devalvasiyasına qədər ölkədə 43 bank vardı, hazırda bu rəqəm 33-ə enib və bir neçə bankın bağlanması gözlənildiyi üçün bu rəqəmin daha da azalacağını bildirir.

Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bağlı qanuna dəyişikliklər üçün Milli Məclisə təkliflər verib və bu təkliflər sırasında banklarda yaranan problemlərə görə, bank inizbatçıları və səhmdarların məsuliyyət və cavabdehlikləri gündəmə gətirlir, - yazıda göstərilir.

Məqalə müəllifi bu təcrübənin dünyada geniş tətbiq edildiyini bildirir, bununla bank sahibləri və rəhbərlərinin məsuluyyətsiz davranışlarının qarşısının alınacağına ümid edir.

Ekspert Natiq Cəfərli deyir ki, banklardakı mövcud durum investoriları ölkəyə invesitiya qoyulunsan çəkindirəcək:

“Odur ki, bankların sağlamlaşdırılması ilə yanaşı mülkiyyətçilərin hüquqlarının tam şəkildə qorunması vacibdir”.

Ekspert deyir ki, ölkədə mülkiyyət hüquqi ilə bağlı onsuz da kifayət qədər problemlər var, son illərdə Azərbaycandan bu yöndə Avropa Məhkəməsinə 1000-ə yaxın müraciət daxil olub:

“Bu fakt potensial iş adamlarının Azərbaycana investsiya qoymasını çəkindiricək”.

“Bankları necə sağlamlaşdırmalı?...

Bank mövzusuna “Yeni Müsavat” da toxunub. “Bankları bağlamaq çıxış yolu deyil” sərlövhəli məqalədə qəzet ekspert Pərviz Heydərovla ölkənin bank sisteminin durumunu müzakirə edir.

İqtisadçı ekspert Pərviz Heydərov, Bakı, 2 dekabr 2011
İqtisadçı ekspert Pərviz Heydərov, Bakı, 2 dekabr 2011

Pərviz Heydərov deyir ki, hazırda bağlanmaq ərəfəsində olan banklar çoxdur və onların “sağlamlaşdırılması” üçün “körpü banklar”ın yaradılması önəmli addımdır.

Ekspertə görə, 5-10 bankı bağlamaqla bu sahədə vəziyyəti dəyişə bilmək inandırıcı deyil:

”Bu yanaşma özü doğru sayıla biməz, əgər sistem özü xəstədirsə, bir neçə bnakın bağlanması prosesi dəyişmir. Digər tərəfdən, bazarda nə qədər bank qalmasını bazar özü müəyyən etməlidir, bunu hansısa “dirijor çubuğu” müəyən edə bilməz. Odur ki, qeyri-sağlam bankları bağlamaq doğru yol kimi görünmür”.

P.Heydərliyə görə,indiki halda "körpü bank" yaradılması ideyası əhəmiyyətlidir:

“Sıfır vəziyyətdən bank yaratmaq üçün azı 1 ilə yaxın vaxt tələb olunur. Bu və ya digər bank və yaxud banklar real olaraq iflas həddində və "xəstə" durumdadırsa, bu o demək deyil ki, onlara iqtisadiyyatda heç vaxt ehtiyac olmayıb və elə indi də yoxdur”.

“Bu məntəqələr hədlərini aşdıqlarına görə …”

“Exo” qəzeti “Azərbaycanda valyuta dəyişmə məntəqləri niyə bağlanıb və onları qaytarmaq lazımdırmı?” sərlövhəli məqalədə bu məntəqələrin bağlanması və bu addımın yaratdığı probemlər ekspert Əkrəm Həsənovla müzakirə edilir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Müəllif xatırladır ki, valyutadəyişmə məntəqələri 2016-cı ilin yanvarından bağlanmağa başlayıb və məqsəd bu məntəqələrdə valyutadəyişmə ilə bağlı möhtəkiliriyin qarşısını almaq olub.

Ə.Həsənov deyir ki, ölkədə iqtisadi, o cümlədən maliyyə problemləri başladıqda bu məntəqələr nəzarətdən çıxdılar:

“Belə ki, Mərkəzi Bankın 4 faizlik marja həddinə riayət etməyərək mahiyyətcə “qara bazar”ın oyunçularına döndülər” və Mərkəzi Bank da bu məntəqələrin bağlanması qərarına gəldi".

Ə.Həsənova görə, bu məntəqələrin yenidən fəaliyyətə başlamaları üçün problem yoxdur:

“Bu məntəqələrin bağlanmasından iqtisadiyyat ziyan çəkmədi, yenidən işə başlasalar da heç kəsə “istisi, soyuğu” olmayacaq, belə ki, Mərkəzi Bank valyuta dəyişmədəki 4 faizlik marja məhduduiyyətini çoxdan ləğv edib”.

“Azərbaycan Ordusu ən müasir silahlara malikdir”

“Azərbaycan” qəzetieyni adlı sərlövhə ilə dərc etdiyi məqalədə ordunun hərbi-texniki təminatını dəyərləndirir.

Bu dəyərləndirmə 2016-cı il aprelin 2-5-də Qarabağ cəbhəsində baş vermiş döyüşlərin ildönümü ərəfəsində aparılır.

Azərbaycan istehsalı olan silahlar
Azərbaycan istehsalı olan silahlar

Müəllif deyir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın qüdrətli, eləcə də dünyanın yüksək qabiliyyətli silahlı qüvvələrindən sayılır: “Ordunun komplektləşdirilməsi, maddi-texniki təminatı, peşəkarlıq səviyyəsinin artırılması, hərbçilərin sosial-rifahı bunu bird daha təsdiq edir”.

Məqalədə orduya diqqətin rəqəmlərdə də əksini tapdığı deyilir, son 10 ildə hərbi xərclərin 20 dəfədən çox artdığı vurğulanır.

Məqalədə aprel döyüşlərindən sonra cəbhə bölgəsinə səfər edən prezident İlham Əliyevin bu döyüşlərlə bağlı dəyərləndirməsi də yer alır:

“Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG