Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:08

Azərbaycan-Estoniya biznes forumu keçirilib


Azərbaycan-Estoniya biznes forumu

Bu gün, aprelin 7-də Bakıda Azərbaycan-Estoniya biznes forumu keçirilib. Tədbir nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə gerçəkləşib.

Biznes-forumda hər iki ölkənin sahibkarları arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb.

Buna da bax:​ Prezident nikbindir - 'Bu il iqtisadi artım olacaq'

Günün birinci yarısında həmçinin, iki ölkə hökumətlərinin birgə komissiyasının 3-cü toplantısı keçirilib.

Toplantıda iki ölkə arasında sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələr komissiyanın rəhbərləri - nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korbun rəhbərliyi ilə aparılıb.

Buna da bax: Azərbaycan-İtaliya biznes forumu keçirilib.

İclasda iqtisadi əməkdaşlıq məsələləri əsas diqqət mərkəzində olub. Yeni texnologiyalardan istifadə məsələlinin müzakirəsi zamanı R.Quluzadə Azərbaycanda 3G, 4G və digər yeni texnologiyaların tətbiq edilməsindən danışıb. O, Azərbaycanda internetə ən müasir çıxış imkanlarının yaradıldığını bildirib.

“Azərbaycan əhalisinin 78 faizi internet, onların 72 faizi isə geniş zolaqlı internet istifadəçisidir”, nazir bildirib.

Buna da bax:​ Bakı, Ankara və Tbilisinin 20 milyardlıq hədəfi

Estoniyalı nazir isə çıxışında iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb.

Onun sözlərinə görə, iki ölkənin dəmiryolu idarələri əməkdaşlıq sazişi imzalayıblar. Həmin sənədə əsasən, iki ölkə arasında məhsullar şimaldan cənuba, o cümlədən əks istiqamətə daşınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG