Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 00:51

Bu gün, fevralın 23-ü Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə gerçəkləşib.

APA-nın xəbərinə görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və başqa sahələrdə fəaliyyət göstərən 140-a yaxın şirkət iştirak edib.

Biznes-forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycandan ötrü iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir: «Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, «Made in Azerbaijan» brendinin təbliği istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verir».

Biznes-forumda çıxış edən İtaliyanın iqtisadi inkişaf naziri Carlo Calenda isə Azərbaycanla əməkdaşlığın 3 istiqamətdə inkişaf etdiyini bildirib. Onun deməsinə görə, bu istiqamətlər enerji, İtaliyada istehsal olunmuş məhsullar və sənaye sahəsini əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG