Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq niyyətindədirlər.
Bu barədə Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin 5-ci Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun açılış mərasimində bildirib.
Tədbir fevralın 18-də İstanbulda Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə açılıb.
Nazir müavini üç ölkənin yaxın gələcəkdə bu məqsədə çata biləcəyindən əminlik ifadə edib.
Onun sözlərinə görə, üç ölkə sahibkarlarının görüşü təkcə iqtisadiyyatın və ticarətin inkişafına təkan verməyəcək, həm də onların mədəni və sosial sahələrdə yaxınlaşması nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
“Üçtərəfli biznes forumu maneələrin aradan qaldırılmasına və problemlərin həllinə şərait yaradır”, deyə Metin qeyd edib.