Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 05:22

Bananın qiyməti `ceyran belində’


Banan

Azərbaycanda bananın qiyməti yanvar ayına nisbətən iki dəfədən çox bahalaşıb. Hazırda bazar və marketlərdə bananın kilosu 3,5 manata satılır.

Halbuki, dünya bazarında, bananın qiymətində ciddi artım müşahidə edilmir.

Ölkəyə gətirilən yaşıl bananların tonunun yerində 250-300 dollara başa gəldiyi bildirilir. Bu 1 kiloqramın 25-30 sentə başa gəlməsi anlamına gəlir.

Buna da bax:​ Banan 30 faiz bahalaşıb

Bura nəqliyyat və rəsmi gömrük rüsumu da əlavə edilir.

Ekspertlər deyir ki, tədarükçü və pərakəndə satış məntəqələrinin mənfəəti də nəzərə alınsa, bananın 1 kiloqramı yekunda maksimum 1 dollar və ya 1,8 manat olmalıdır. Amma 3,5 manata satılır.

Ekspertlər bu vəziyyəti ölkədə inhisarların marağı ilə izah edir.

KİV-də müxtəlif vaxtlarda gedən yazılara görə də, Azərbaycanda banan biznesi monopoliyaya alınıb.

Buna da bax: Qubad İbadoğlu: 'Qiymət artımı sürətlənəcək'

Banan çox faydalı meyvələrdən sayılır. Onun tərkibində beta-karotin, pektin, В1, В2, В6, С, vitaminləri, kalium, kalsium, maqnezium, dəmir, fosfor və natrium var.

Ancaq Azərbaycanda sadə vətəndaşlar, artıq büdcələrinin banan almağa imkan vermədiyindən şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG