Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:57

NATO Bakıda kurs keçirəcək


NATO (arxiv fotosu).

Bakıda Azərbaycan hökuməti və NATO-nun təşkilatçılığı ilə silahlı qüvvələr üzərində mülki nəzarət mövzusunda kurs keçirilir.

Aprelin 4-dən 6-dək davam edəcək kurs Əfqanıstanın dövlət nümayəndələrindən ötrü nəzərdə tutulub.

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilir.

Buna da bax:​ NATO rəhbərindən büdcə çağırışı

Kursda Əfqanıstanın müdafiə, xarici işlər, daxili işlər nazirliklərinin, Milli Təhlükəsizlik Departamentinin və parlamentin yüksək səviyyəli rəsmiləri iştirak edir. Onlara silahlı qüvvələr üzərində mülki nəzarət, parlament, digər dövlət qurumlarının öhdəlikləri, milli təhlükəsizlik, kəşfiyyat xidməti, vətəndaş cəmiyyəti və mətbuatın rolu mövzusunda mühazirələr oxunacaq.

Mühazirəçilər qismində NATO ölkələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri çıxış edəcək.

XİN bu tədbirlərin 2014-cü ildən etibarən Azərbaycan və NATO-nun Alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edildiyini qeyd edir.

Buna da bax: ABŞ və NATO Ukraynaya dəstəyini bir daha təsdiq edib

Məqsəd Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqdır.

Xatırlatma

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

Buna da bax:​ BBQ: '...Qarabağda döyüşlər qızışa bilər'

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Buna da bax: Amerikalılar müharibədən narahatdır, NATO-yla əməkdaşlıq istəyirlər

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG