Bu gün, martın 30-u Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7244 səviyyəsində formalaşıb.
Martın 30-u rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7238 manata bərabər olmuşdu.
İki gün öncə, martın 28-də Mərkəzi Bankın keçirdiyi valyuta hərracında isə manatın orta çəkili məzənnəsi 1.7220 səviyyəsində müəyyən edilmişdi.
Ondan əvvəlki bir neçə hərraclarda isə, əksinə, manat dollara nisbətən bahalaşmışdı.